Dostumsan, yoxsa sevgilim?

  • Sevgi
Çox xoşunuza gələn biri bəzən sizə dostdan da artıq, bəzən isə sadəcə dost kimi davranırsa və ağlınızı qarışdırırsa, münasibətinizi dəyərləndirməkdə fayda var. Çünki ağılda yaranan bu suallar heç kimi rahat buraxmaz. Dəqiqləşdirmək mütləqdir, əks təqdirdə sevgiliniz olmasını istədiyiniz şəxsin davranışlarını sadəcə özünüz görmək istədiyiniz şəkildə görər və xəyal qırıqlığı yaşayarsınız.

Xoşunuza gələn şəxsin dostunuz, yoxsa sevgiliniz olması ilə bağlı ağlınızda yaranan suallara bu yazıda cavab tapın.

— Əgər ağır iş rejiminə rəğmən, sizin üçün vaxt ayıra bilirsə, bu, sizə dəyər verdiyini və özəl hisslər keçirməyə başladığını göstərir.

— Ortaq dostlarınız var? Xoşlandığınız şəxs sizi dostları ilə tanış edibmi? Tanışlıq zamanı sizinlə necə davrandı? Onların yanında sizinlə necə davranması ipucu ola bilər. Əgər sizə də digər dostları kimi davranırsa, dost olma ehtimalınız yüksəkdir.
Davamı →

İlk görüşdə necə davranmalı?

  • Sevgi
Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması maraqlandırır. Araşdırmalar internetdə tanış olan kişilərin daha tələskən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.

Kişilərin 90%-i tanış olduqdan sonra görüşmək üçün 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90%-i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.

İlk görüşdə mənfi hiss yaradacaq 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30%-i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20% isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.
Davamı →

Niyə onu əvvəlki kimi sevmirəm?

  • Sevgi
Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?

“Onsuz da mənimdir” düşüncəsi
İlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük “onsuz da mənimdir, mənə məxsusdur” kimi yanlış düşünməyə başlayar. Və bu da tərəflərdən birinin “birlikdə olmağımızın artıq mənası qalmadı” deyənə kimi davam edər. Ancaq münasibətinizi bir körpə kimi düşün. Körpənizə bir neçə il baxıb sonra “onsuz da öz-özünə böyüyəcək” deyib bir kənara atarsınız?

Sevginizə sahib çıxın və hər mərhələsində onun üçün nələrsə etməyə çalışın. Bir-birinizlə maraqlanın, bir-biriniz üçün darıxın, fikrilərinizi paylaşın, problemləri böyüyüb həllolunmaz hala gətirmədən oturub müzakirə edin. Bir sözlə, hər ikiniz də çalışın.
Davamı →

Kişi-qadın dostluğu

Viskonsin universitetinin alimləri evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırmalar aparmaqla aşağıdakı nəticələrə gəliblər:

— kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidilər. Kişinin dostluq etdiyi qadına ehtirası “sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss hardasa vurub çıxır üzə. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.
Davamı →

Peşə fəaliyyətinin ailə münasibətlərinə təsiri

Ailə, ailədaxili münasibətlər ər və arvadın peşə fəaliyyətinin onlara təsiri tarixən filosof və sosioloqları, psixoloqları dərindən maraqlandırmışdır.Cəmiyyət dinamikdir, yeniləşməyə və müasirləşməyə meyillidir. Ailədə mənəvi psixoloji iqlimin yaradılması, ailənin ideya, mənəvi estetik sərvətlərinə dəyərin qoyulması onun möhkəmliyinə dayanıqlı olmasına şərait yaradır. Ailədə sağlam, psixoloji mühit yaratmaq üçün, ər və arvad arasında daim qarşılıqlı anlaşma mövcud olmalıdır.

Ailə daxilində ərlə, arvadın qarşılıqılı münasibətləri, onların peşə fəaliyyətinin ailədaxili münasibətlərə müxtəlif təsiri hər zaman psixologiya elminin aktual problemlərindən biri olub. Cəmiyyətin kiçik modelini və özəyini təşkil edən ailə, ailədaxili münasibətlər öz dinamik inkişafı ilə diqqəti hər zaman cəlb edir.
Davamı →

Münasibəti tükəndirən səhvlər

  • Sevgi
Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzi məsələlər var ki, haqlı olmağın bir əhəmiyyəti də yoxdur. Ancaq bir adamın hər zaman haqlı olmağa çalışması doğru deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil.

Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir. Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin.

Davamı →

Sona doğru gedən münasibəti necə xilas etməli?

  • Sevgi
Ünsiyyət qurun
Ünsiyyət bitdiyində münasibət də sona doğru getmiş olar. Məhz buna görə bitməyə doğru gedən bir münasibətdə yenidən dialoq qurmağa çalışın. Dialoq əsasında bir-birinizin sözünü kəsmədən dinləməyi bacarmaq lazımdır.

Empatiya qurun
 Empatiya qurmağı bacarmaq problemin öhdəsindən gəlmək üçün uzun bir yol qət etmək deməkdir. Çünki özünüzü onun yerinə qoyub, hər şeyə onun şərtləri yönündən baxsanız, hər şeyin tamam fərqli göründüyünü görəcəksiz. Sondan asılı olaraq ona “elədi, düz deyirsən” deməyi bacarmalısan.

Davamı →

Partnyorunuzun divarlarını qırmasını istəyərdinizmi?

  • Sevgi
Qəbul edək ki, kişilər hisslərini ifadə etməkdə qadınlar qədər bacarıqlı deyillər. Hadisələrin üzərindəki fikirlərini çox asanlıqla ifadə edə bildikləri halda mövzu hisslərə gəldikdə susurlar. Böyüdülmə tərzləri və cəmiyyətin kişilərə baxışı onların hisslərini ifadə etməsinin qarşısında bir əngəldir. Amma ən böyük əngəlin özləri olduğunu desək, heç də səhv olmaz.

Bir çox kişi hissləri baxımından özünü açmağı bir zəiflik olaraq görür. Xüsusilə münasibətlərin əvvəllərində qarşılaşılan bu hal bəzən xronikiləşir və münasibətiniz hansı mərhələyə gəlirsə gəlsin, davam edə bilir. Bəs bu zaman qadınlar nə etməlidir? Qarşınızda hiss baxımından əlçatmaz bir insan varsa, onunla bağlılıq qurmağınız necə mümkündür?
Davamı →

Doğru insanlamı münasibətdəsiniz?

  • Sevgi

Sevgiliniz sizi hər halınızla sevən, daim yanınızda olan və etibar edə biləcəyiniz biridirsə, doğru insanı tapmış ola bilərsiniz.

Şərtsiz sevgi verir
Həqiqi sevgidə gözlənti olmaz. Sübut etməli olduğunuz, ya da qalib gələcəyiniz heç bir şey yoxdur. Bəli, münasibətin əvvəlində qarşı tərəfi cəlb etməyə çalışırıq, amma daha sonra onun sevgisini qazanmaq üçün çalışmağa ehtiyac olmamalıdır, təbii ki, doğru insanla birlikdəsinizsə. Unutmayın ki, heç kəsə özünüzü sevdirməyə ehtiyacınız yoxdur, amma sizi qarşılıqsız sevəcək birinə ehtiyacınız var.
Davamı →